ABŞ kosmosda bu ölkənin təhdidlərinə cavab verəcək



 14:12 19.02.2024     275

ABŞ Milli Təhlükəsizlik Şurası Rusiyanın kosmosda ehtimal edilən təhdidinə cavab planı hazırlamağa başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner bildirib.

Qeyd edək ki, fevralın 15-də Ağ Evdə “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçirilib. ABC News mənbələrə istinadən xəbər verir ki, brifinqin mövzusu Rusiyanın kosmosda peyklərə qarşı istifadə oluna bilən nüvə silahı yerləşdirmək niyyəti ilə bağlı olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatları növbəti hiylə adlandırıb. ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya hazırda ABŞ və ya hər hansı digər ölkə üçün nüvə təhlükəsi yaratmır.

Bahadur Seyidov