NASA Marsda yaşamaq üçün adam axtarır



 15:14 19.02.2024     269

NASA "CHAPEA" adlı yaşayış simulyasiyası araşdırmasının bir hissəsi olaraq Marsda yaşayırmış kimi davranan dörd nəfər axtarır.

Demedia.az xəbər verir ki, bu barədə NASA özü məlumat  yayıb.

Bildirilib ki, kosmik agentliyin başlatdığı yeni proqramda seçilən şəxslər "Mars Dune Alpha" adlı 3D strukturda içərisində bir il qalacaqlar. Onlar bu proqram çərçivəsində bitki yetişdirəcək, elmi təcrübələri sınaqdan keçirəcək, gündəlik məşq edəcək və astronavtlara bənzər bir proqramı izləyəcəklər.

 Müraciət etmək istəyən namizədlərdən magistr dərəcəsi və 30-55 yaş arasında olması tələb olunur. İlkin müraciətdən sonra NASA namizədlərin tibbi müayinəsini aparacaq və onlardan təxminən iki həftə ərzində tamamilə təcrid olunmalarını xahiş edəcək.

Bahadur Seyidov