Putin: “Bizim üçün ölüm-dirim məsələsidir”



 15:53 19.02.2024     256

Rusiya prezidenti Vladimir Putin deyib ki, “Ukraynada baş verənlər Rusiya üçün ölüm-dirim məsələsidir.

Demedia.az xəbər verir ki,  bu  barədə o, “Rossiya 1” televiziyasına verdiyi açıqlamada bildirib.

 Putin bildirib ki, həm ruslar, həm də əcnəbilər üçün rusların əhval-ruhiyyəsini və Ukraynada baş verənlərin Rusiya üçün nə qədər həssas və vacib olduğunu başa düşmək vacibdir.

Prezident, həmçinin vurğulayıb ki, bu müharibədə Qərb yalnız “öz taktiki mövqeyini yaxşılaşdırmağa çalışır”.

Bahadur Seyidov