Diananın oğlu Harri  kral olur?



 16:45 19.02.2024     287

Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral vəzifələrinə qayıtmağa hazırdır.

Demedia.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Digər nəşr – “The Sunday Telegraph” isə  bu  məlumatı  təkzib edir. Nəşr yazıb ki,  Şahzadə Harri kral vəzifələrinə qayıda bilməyəcək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hələ 2020-ci ildə, Kraliça II Yelizavetanın sağ olduğu vaxtlarda əldə edilmiş razılaşmalar digər biznes layihələri ilə yanaşı, krallıq vəzifələrinin də yarı gücündə yerinə yetirilməsini nəzərdə tutmur.

Qeyd edək ki, III Çarlzın kiçik oğlu Şahzadə Harri xərçəng diaqnozu qoyulan atası ilə görüşmək üçün ABŞ-dan Böyük Britaniyaya gəlib. Susseks hersoqu həyat yoldaşı, amerikalı Meqan Markl və uşaqları onu müşayiət etmirlər. 4 il əvvəl həyat yoldaşı ilə birlikdə ABŞ-yə köçən şahzadə sonuncu dəfə ötən ilin sentyabrında krallığa səfər etmişdi.

Bahadur Seyidov