Qəzza zolağındakı fələstinli qruplar birlik və silahlanma çağırışı edib



 09:15 19.02.2024     291

Qəzza zolağındakı fələstinli qruplar birlik və silahlanma çağırışı edib.

Demedia.az xəbər verir ki, Qəzzadakı müqavimət qrupları birgə bəyanatla çıxış ediblər. Açıqlamada deyilir ki, İsrail xaos yaymağa, milli birliyi təhdid etməyə, milli sıralardan kənardan gələn şübhəli çağırışlarla nifaq və separatizmi qızışdırmağa çalışır. Açıqlamada fələstinlilərin hərtərəfli soyqırıma məruz qaldığı bildirilib və İsrailin ayrı-seçkilik etmədən kollektiv şəkildə istənilən müqavimət qrupunu hədəf aldığı vurğulanıb.

İsrailin “Nasist işğalına” son qoyulması üçün bütün həll yollarını və təklifləri rədd edərək, Fələstinliləri və Fələstin davasını hədəfə aldığı qeyd edilib.

Bahadur Seyidov