İsrail ordusu xəstəxanadan hərbi qərargah kimi istifadə edir - Açıqlama



 17:26 19.02.2024     328

Qəzzanın Səhiyyə Nazirliyi, İsrail ordusunun blokadada saxladığı və basqın etdiyi Nasser xəstəxanasının hərbi qərargaha çevrildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Nasser Xəstəxanasında baş verən son hadisələrlə bağlı yazılı açıqlama verib. Açıqlamaya görə, İsrail əsgərləri xəstəxanada çalışan 70 tibb işçisini də saxlayıb. Əsgərlər nəzarətə alınan tibb işçilərinin paltarlarını çıxarıb, daha sonra döyüblər.

Xəstəxanada cəmi 25 tibb işçisinin qaldığı vurğulanıb.

Bahadur Seyidov