ABŞ Əlcəzairin Qəzza ilə bağlı qətnamə layihəsini dəstəkləmədi



 17:42 19.02.2024     343

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Linda Tomas-Qrinfild Əlcəzairin Qəzzada atəşkəs üçün hazırladığı qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacağı təqdirdə ABŞ tərəfindən qəbul edilməyəcəyi ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, Qrinfild açıqlamasında bildirib ki, ABŞ İsrail və HƏMAS arasında girovların azad edilməsi və atəşkəs razılaşması üzərində işləyir. ABŞ Prezidenti Co Baydenin İsrail, Misir və Qətər liderləri ilə bu mövzuda telefon danışığı apardığını ifadə edən Qrinfild bildirib ki, Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi bu nəticələrə nail ola bilməyəcək və hətta bunlarla ziddiyyət təşkil edə bilər.

Buna görə də ABŞ bu qətnamənin qəbulunu dəstəkləmir.

​Bahadur Seyidov