Misir Qəzza zolağına humanitar yardım üçün sərhəd logistika mərkəzi qurur



 14:29 19.02.2024     297

Misir Qəzza zolağına humanitar yardım üçün sərhəd şəhəri Rəfahda logistika mərkəzi qurmağa başladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Misirin Şimali Sinay valisi general-mayor Məhəmməd Əbdülfadil Misirlə Qəzza zolağı arasındakı Rəfah Sərhəd Qapısının yerləşdiyi bölgədə tikiləcək logistika mərkəzinə diqqət çəkib. Əbdülfadil bəyan edib ki, Misir ordusu Misir Qızıl Aypara Cəmiyyətinin işini asanlaşdırmaq üçün logistika mərkəzinin tikintisinə başlayıb.

Əbdülfadil qurulacaq mərkəzdə yük maşınları üçün dayanacaq yerləri, seyf anbarlar, inzibati ofislər, eləcə də sürücülər üçün yaşayış yerləri olacağını bildirib.

Bahadur Seyidov