İnfarktın başladığını göstərən 7 vacib əlamət - Video



 09:45 19.02.2024     523

Son illərdə infarktın yaşı gəncləşib. Əvvəllər, infarkt orta yaş xəstəliyi sayılsa da, indi gənclər, hətta yeniyetmələr də infarkt səbəbiylə həyatlarını itirirlər.

1. Sinədə ağrılar. Ən çox rastlanan əlamətdir. Sinədə ağırlıq olur, ardınca, elə bil ki, ürəyə dağ basılır. Bu ağrılar səbəbiylə təcili tibbi yardıma müraciət edənlərin 70%-i infarktın astanasında olur. Müraciət etməyən, “keçib gedər” deyərək bu ağrılara dözən 30% isə həyatını riskə atır. Əgər bu ağrılar varsa, amma siz infarkt ola biləcəyinizi düşünmürsünüzsə, eyni zamanda, bunun panik-atak əlaməti olduğundan da əmin deyilsinizsə, həmən həkimə yollanın. Unutmayın, ağrının müddəti hər dəfə bir az daha uzanır. 20 dəqiqəni keçən ağrı isə artıq infarktdır; 2. Kürəkdə ağrılar. Ağrı kürəkdə başlayır, sonra sinəyə yayılırsa, bu da infarktın əlaməti sayılır. Bununla yanaşı, bəzən kürək ağrısı təkbaşına da infarktın xəbərçisi ola bilir. Odur ki, kürək ağrılarına etinasız yanaşmayın. Təcili həkimə müraciət edin; 3. Qarında ağrılar. Yəqin, indi aranızda belə düşünənlər də tapıldı: “Qarınla ürəyin nə əlaqəsi?” İndi izah edim. Ürəyin alt hissəsində başlayan ağrı diafraqma vasitəsilə mədəyə yayılır. Mədədə başlayan ağrını qarın ağrısı kimi hiss edirik. Anidən başlayan, anbaan kəskinləşən qarın ağrısı müşahidə etdiyiniz anda, xəstəxanaya çatmağa tələsin. “Köpmüşəm” deyə düşünməyin, diaqnoz qoymaq həkimlərin işidir. Onlara etibar edin;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az