Ömrü uzadan çay - Həkimlər bunu niyə heç kimə demir? - Video



 09:48 19.02.2024     596

Ondan bir çimdik götürüb, qaynar suya əlavə edin. 10-15 dəqiqə dəmləndikdən sonra isə suyunu için. Bütün xəstəlikləriniz yoxa çıxacaq.

Xalq təbabətində geniş istifadə olunan zəfərandan mədə-bağırsaq, ürək, öskürək və qızdırma zamanı istifadə edilir. Vaxtilə böyük loğman İbn Sina “Tibbi qanunlar” kitabında zəfəran bitkisinin 300-dən çox xəstəliyə dərman olduğunu yazıb. Məşhur yunan həkimi Hippokrat zəfərandan müalicə məqsədilə istifadə edib. Zəfəran güc artıran, göz xəstəlikləri (xüsusilə katarakta), zəhərlənmələr zamanı geniş istifadə olunur. Dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil edilir. Zəfəran həzm prosesini və iştahanı artırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir və ödqovucu xüsusiyyətlərə malikdir. Bitki ürək əzələsini möhkəmləndirir, onun fəaliyyətini yaxşılaşdırır və qanı təmizləyir. Süddə dəmlənmiş zəfəran öskürək zamanı çox yaxşı müalicəvi təsir edir, bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır. Çibanların üzərinə yumurta sarısı ilə qarışdırılaraq qoyulan zəfəran məlhəmi yaxşı təsir göstərir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az