Burunundakı bütün virusları 20 dəqiqəyə təmizləyin! - Bəlğəmsiz rahat nəfəs alacaqsız - Video



 09:57 19.02.2024     489

Tibbi adı “nazofarinks” olan gənzik burunun arxasında, burun boşluğu ilə ağız boşluğunu birləşdirən bölgədə yerləşir. İçərisindəki gənzik əti süngərvari toxumalara malikdir. Məhz bu sayədə körpələri və uşaqları bir çox xəstəliklərdən qoruya bilir.

Orqanizmin infeksiyalarla mübarizəsində önəmli rol oynayan antikorlar gənzik ətində yerləşir. Onlar tənəffüs yolu ilə gələn zərərli virus və bakteriyaları yaxalayırlar, sonra da immun sistemini xəbərdar edirlər. 5 yaşınadək bu vəzifəni yerinə yetirən gənzik əti orqanizmin zərərli vasitələrlə mübarizəsinə başqa üsullarla davam etməsi səbəbiylə kiçilir, zamanla yoxa çıxır. Əgər olduqca narahatedici bir gənzik tıxanıqlığı yaşayırsınızsa, həkim nəzarətində fizioloji damla, izotonik damla və ya burun spreyləri istifadə edə bilərsiniz. Bu üsullar daha çox tənəffüs yolları infeksiyaları səbəbiylə yaşanan tıxanıqlığın müalicəsinə uyğundur. Hialuron turşusuna malik damlalar gənzik tıxanıqlığı zamanı geniş istifadə olunan vasitələrdəndir. Burun içərisində mütəmadi nəm yaradaraq uzunmüddətli rahatlıq hissi verir. Əgər körpələrdə və ya azyaşlı uşaqlarda gənzik əti səbəbiylə tıxanıqlıq varsa, həkimə müraciət edin. Bu zaman sizə gənzik əti əməliyyatı haqqında danışırlarsa, qorxmayın. Həll yolu bəzən cərrahi masalardan da keçir. Xüsusilə, körpələrdə olan gənzik tıxanıqlığı müalicə edilməsə, körpənin bədəni infeksiyalara qarşı müdafiəsiz qalır. Nəticədə, qarşısıalınmaz xəsarətlər meydana çıxır. Gənzik tıxanıqlığının müalicəsi zamanı körpələrin qidalanmasına da xüsusi nəzarət edilməlidir. Yaxşı olar ki, körpənin olduğu otağın havası daim təzələnsin, nəm səviyyəsi normallaşdırılsın.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az