Başınız ağrıyırsa aptekə getməyin! Sizi zəhərləyən budur! - Video



 10:04 19.02.2024     489

Tez-tez ağrıkəsici içirsinizsə, bəzi xəstəliklərə tutulma riskiniz var. Ağrı həmişə olur.

Dözə bilmədiyimizdə hamımız ağrıkəsicidən mədəd umuruq. Yorğun iş günündən sonra evə gedirik, oturub rahatlamaq istəyirik. Amma elə o andaca gicgahlarımızda ağrı başlayır. Ağrıkəsici içib uzanır, onun təsir edəcəyi anın gəlməsini səbirsizliklə gözləyirik. Nəticəsi haqda, demək olar ki, düşünmürük. Arada-sırada qəbul etdiyimiz ağrıkəsiciləri zərərsiz hesab edirik. Halbuki, ağrıkəsicilər də dərmandır və onların da əks təsirləri vardır. Bu videoda tez-tez istifadə edilən ağrkəsicilərin hansı orqana necə təsir etdiyindən danışacağam. Ağrıkəsicilər beyində, onurğada, orqanizmin digər nahiyələrində olan opioid reseptorlara bağlanaraq ağrı siqnallarının beyinə çatmasına mane olur. Eyni zamanda, qan təzyiqini aşağı salır, tənəffüs sürətini azaldır, şənlik verir. Nəticədə, ağrı azalır, insan rahatlayır. Ağrıkəsicilər növbənövdür. Eləsi var ki, aptekdən almaq üçün mütləq həkim resepti olmalıdır. Reseptsiz satılanların çoxunu isə, yəqin, hamınız tanıyırsınız. Bununla belə, ağrıkəsicilərin 3 əsas növü var: -steroid olmayanlar; -parasetamollar; -opioidlər, yəni narkotik tərkibli analgetiklər;

 

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az