MÖCÜZƏ! Gecələr dəmləyib çayının için - Aptekin yolunu unudacaqsız! - Video



 10:16 19.02.2024     570

Azərbaycanda elə bitkilər yetişir ki, keyfiyyətinə görə dünyada tayı-bərabəri yoxdur. Onlardan biri də Abşeron zəfəranıdır.

Abşeron öz zeytunu, üzümü, ənciri kimi zəfəranı ilə də tarixən keyfiyyəti ilə məşhurdur. Maraqlıdır, Absheron Zəfəranına yüksək keyfiyyət verən nədir?

Zəfəranın rənginin tünd olması onun keyfiyyətinin əsas göstəricidir. Abşeron zəfəranına bu keyfiyyəti verən Abşeronun mülayim qışı, günəşli yayı və münbit yodlu torpağıdır. Bəli, Abşeron zəfəranının yetişdirildiyi torpaqlar yodla zəngin olduğu üçün bu bitkini daha da keyfiyyətli edir. 2016-cı ildə yaradılmış “Absheron Saffron” Azərbaycanın ilk patentləşmiş zəfəran məhsulları istehsal edən şirkətdir. Şirkət Abşeron yarımadasının Zirə qəsəbəsində, 20 hektar sahədəki münbit torpaqda, orqanik gübrələrlə zəfəran yetişdirir. “Absheron Saffron” zəfəranı tamamilə bio orqanik məhsuldur, tərkibində heç bir kimyəvi qatqı yoxdur. İsveçrə Laboratoriyasından əldə edilən nəticələr də bunu təsdiq edib. “Absheron Saffron” hazırda dünyanın ən yüksək keyfiyyətli zəfəran yetişdiricilərindən biridir. Məhsulları nəinki yerli bazar, dünyanın bir sıra ölkələrinə həm xam məhsul, həm də hazır məhsul olaraq export olunur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az