Okan Buruk açıqladı: "Ankaragücü" qalibiyyəti...



 15:00 19.02.2024     216

Super Liqanın nəhəngi "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Ankaragücü"nün qalibiyyətindən sonra çox danışılan açıqlamalar verib.

Demedia.az xəbər verir ki,qarşılaşmanı dəyərləndirən Buruk, "Matçı çox istəyirdik. Çox kritik bir matç idi. Qarşılaşmanı geri qaytarmaq üçün yaxşı bir başlanğıc lazım idi. Rəqibimiz çoxdandı tamaşaçı ilə oyun keçirməmişdi.Rəqibimiz matça qolla başlaması oyunu bizə tərəf çevirdi.İkinci qolu çox erkən vurduq.Yuxarı qalxdıq,amma rəqib psixoloji cəhətdən aşağı düşdü.Biz oyun anlayışımızı davam etdirdik. Təzyiq, topa sahib olmaq, oyun quruculuğu, mövqelər... Çox yaxşı ilk hissə oldu. İkinci hissədə isə "Mövqelər var idi. Rəqibin də mövqeləri var idi. Ankaragücü yaxşı komandadır. Qarşılaşmaya iki qolla başlayanda rəqibin oyununu qırdıq. Üstün tərəf idik". Çempionluq yarışına da toxunan uğurlu məşqçi "Bu yarış davam edir. Daha çox matçlar var. Kimin bacaracağı bəlli deyil. xal itirmək və harada "Gözləmədiyiniz yerdə xal itirə bilərsiniz. Rəqib xal itirəcəyini gözlədiyiniz zaman matçda xal itirmir. Nə olacağı bəlli deyil. Biz qalib gələrək getmək istəyirik. Bunu həmişə futbolçularıma deyirəm. Bütün matçlarda qalib gəlməliyik. Sona bir həftə qalmış oynanılacaq derbidə müəyyənləşəcəkmi? Məqsədimiz “Fənərbaxça”ya qarşı çempion olmaqdır. Biz bunu arzulayırıq, istəyirik. Hər iki komanda bunu arzulayır. "Biz eyni konsentrasiya ilə davam etməliyik" dedi.

Bahadur Seyidov