Ov tüfəngi ilə küçədə nələr etdi - ŞOK HADİSƏ



 23:09 19.02.2024     638

Ankarada park yeri üstündə mübahisə etdiyi qonşusuna əsəbiləşən şəxs pompalı ov tüfəngi ilə ətrafa təsadüfi atəş açıb.

Demedia.az xəbər verir ki, Hadisə Yenimahalle rayonu, Aşağı Yəhyalar rayonunda baş verib. Əldə edilən məlumata görə, qonşusu ilə park yeri ilə bağlı mübahisə edən şəxs ov tüfəngi ilə ətrafa atəş açmağa başlayıb.

Xoşbəxtlikdən insan tələfatı və xəsarət alan olmayıb və hadisə vətəndaşların mobil telefon kameralarına düşüb. Polis qrupları tərəfindən yaxalanan təcavüzkar haqqında qanuni iş başlanılıb.

Aysun / Demedia.az