Rusiyada çoxuşaqlı atalara sosial yardım ayrılacaq



 09:12 20.02.2024     276

Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinə çoxuşaqlı atalara sosial dəstək tədbirlərinin göstərilməsi məsələsini öyrənməyi tapşırıb.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yer alıb.

Bildirilib ki, sərəncam 2024-cü il yanvarın 10-11-də Çukotka Muxtar Dairəsi və Xabarovsk diyarına işgüzar səfərdən sonra verilib.

Dövlət başçısı bu mövzuda 2024-cü il martın 31-dək hesabat gözləyir.

Bahadur Seyidov