Misir İsgəndəriyyə limanını Türkiyəyə satacaq - İDDİA



 10:25 20.02.2024     293

Ciddi iqtisadi böhranla üzləşən Misirin valyuta ehtiyatlarını artıraraq maliyyə yükünü azaltmaq üçün İsgəndəriyyə Limanını Türkiyəyə satacağı iddia edilib.

Demedia.az Haberglobal-a istinadən xəbər verir ki, bu yaxınlarda Qahirədən təxminən 350 kilometr şimal-qərbdə yerləşən Ras əl-Hikmə bölgəsini 22 milyard dollara Birləşmiş Ərəb Əmirliklərinə satacağına dair xəbərlər yayılmışdı.

Bu iddialardan sonra indi Misirin tarixi və mədəni əhəmiyyəti olan İsgəndəriyyə limanını Türkiyəyə satmağa hazırlaşdığı iddia edilib. Xarici mətbuatda yer alan xəbərə görə, Türkiyə Afrikaya nəqliyyat və material tədarükü üçün liman axtarırmış.

Nəşr qeyd edib ki,  Osmanlı İmperatorluğu dövründə türklərlə mədəni-tarixi əlaqələr quran şəhərin ən böyük limanının Türkiyəyə icarəyə verilməsi və ya satılması iki ölkə arasında tarixi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, hər iki ölkə bu vəziyyətdən iqtisadi fayda əldə edə biləcək.

“İsgəndəriyyə Limanı Türkiyəyə satılarsa, iki ölkə arasında yeni ticarət və logistika mərkəzi yaradılacaq. İsgəndəriyyəni inkişaf etdirmək üçün kifayət qədər pulu olmayan Misir Türkiyənin maliyyə qaynaqlarından dəstək almağa ümid edir”.

Bahadur Seyidov