Navalnını anan 154 nəfər həbs edildi
Rusiyada həbsxanada ölən müxalif siyasətçi Aleksey Navalninin anım mərasimlərində yüzlərlə adam saxlanılıb.
Demedia.az xəbər verir ki, St. Sankt-Peterburqda saxlanılan 200-dən çox Navalni tərəfdarından 154-ü etiraz qanunlarını pozduqları üçün 14 günə qədər həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, fevralın 16-da rusiyalı dissident Aleksey Navalni həbsxanada vəfat etdikdən sonra bütün dünyada etiraz aksiyaları keçirilib. Müstəqil media orqanları və hüquq müdafiə təşkilatları ölkənin müxtəlif şəhərlərində oxşar hökmlərin verildiyini bildiriblər.
Bahadur Seyidov