Borel: Navalnının ölümü ilə bağlı araşdırma tələb etdi



 11:19 20.02.2024     497

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Rusiyadan Navalnının ölümü ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməsini tələb edib.

Demedia.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, Aİ Xarici Əlaqələr Şurasının iclasında deyib. O, Moskvanın bunun Rusiyanın daxili məsələsi olduğunu iddia etməsinə baxmayaraq belə bir fikir səsləndirib.

Borel Rusiya müxalifətinə dəstək siqnalının göndərilməsinin zəruriliyini bəyan edib. O, həmçinin bildirib ki, görüş zamanı Aİ-yə üzv dövlətlər, onların fikrincə, Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqini təklif edəcəklər. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, sanksiyalar Rusiyada penitensiar sistemə təsir göstərə bilər.

Bahadur Seyidov