Quterreşdən Qəzza ilə bağlı çağırış



 10:47 20.02.2024     257

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres BMT Təhlükəsizlik Şurasının Qəzza üçün birlik içində olmasını istəyir.

Demedia.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik belə açıqlama verib. İsrailin Qəzzaya hücumları davam edərkən, xüsusilə qadınlar üçün sağlamlıq problemlərinin artdığına diqqət çəkən Dujarric bildirib ki, BMT Əhali Fondu Qəzzada 50 min hamilə qadın da daxil olmaqla hər kəsin ac olduğunu açıqlayıb.

Dujarrik bildirib ki, BMT və onun humanitar tərəfdaşları bütün maneələrə baxmayaraq Qəzza zolağına ərzaq yardımı etməyə davam edir.

Bahadur Seyidov