İsraillə bağlı bəyanat 26 üzv tərəfindən qəbul edilib - AÇIQLAMA



 13:21 20.02.2024     630

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsraillə bağlı bəyanatın 26 üzv tərəfindən qəbul edildiyini açıqlayıb və davamlı atəşkəslə nəticələnəcək təcili humanitar fasiləyə çağırıb.

Demedia.az xəbər verir ki, Borrell bu barədə xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib. Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini bildirən Borrell “İsraillə bağlı bəyanat 26 üzv tərəfindən qəbul edildi. Buna görə də İsrail Rəfah əməliyyatından çəkinməlidir. Bu, oradakı vəziyyəti daha da pisləşdirəcək. İsrail humanitar yardıma da icazə verməlidir” deyə bildirib.

Bahadur Seyidov