İsrail ordusu Livanı bombaladı



 11:56 20.02.2024     264

İsrail ordusunun Livanın Sidon şəhərinin cənubunda yerləşən Qaziyyə qəsəbəsində bəzi bölgələri hədəfə aldığı açıqlanıb.

Demedia.az xəbər verir ki, Livandakı Hizbullah hərəkatına yaxınlığı ilə tanınan “Al Mayadeen” televiziyasının məlumatına görə, İsrailin döyüş təyyarələri sahilyanı Sidon şəhərinin cənubunda yerləşən Qaziyyəni hədəf alıb. Məlumata görə, İsrail Qaziyya hücumda bir avtomobili hədəf alıb və hadisə yerinə təcili yardım maşınları göndərilib.

Hücumda azı 14 nəfərin yaralandığını və müalicə üçün Sayda şəhərindəki xəstəxanalara aparıldığını açıqlanıb.

Bahadur Seyidov