Meksikada hökumət əlehyinə aksiya keçirilib



 09:25 20.02.2024     286

Meksikada on minlərlə insan parlament seçkilərindən əvvəl Milli Seçki İnstitutuna təklif edilən dəyişikliklərin qurumu zəiflətdiyini irəli sürərək hökumətə etiraz edib.

Demedia.az xəbər verir ki, müxalifət partiyalarının çağırışı ilə paytaxt Mexikoda Zokalo meydanında təxminən 90 min insan toplaşıb. Nümayişçilər ədalətli seçki çağırışı edib. Qurumun rəngində olan çəhrayı paltar geyinmiş və əllərində "xalq hakimiyyətdəkilərdən güclüdür" yazılan plakatlar tutan nümayişçilər Prezident Andres Manuel Lopez Obrador haqqında "Lopez getsin" şüarları səsləndiriblər.

Bahadur Seyidov