Mbappe Real Madridə çox yaxındır



 12:21 20.02.2024     171

Fransa nəhəngi PSJ-dən ayrılmaq qərarına gələn ulduz futbolçu Kilian Mbappenin yay transfer dönəmində "Real Madrid"lə anlaşacağı dəqiq hesab edilir.

Demedia.az xəbər verir ki,"Marca"nın xəbərinə görə, Real Madrid fransız ulduzu ilə hər məsələdə anlaşıb. . Mbappe PSJ-nin yüksək maaş təklifinə baxmayaraq, ayrılmaq qərarına gəlib. Fransız ulduzla 5 illik müqavilə ilə bağlı razılığa gəlindiyi də bildirilib.Hazırkı bazar dəyəri 180 milyon avro olan Mbappe Fransa nəhəngi ilə 291 matçda 244 qol vurub, 105 məhsuldar ötürmə edib.