Böyrəyində, sidik kanalında daş olanlar! Bu videoya mütləq baxın! - Video



 14:35 20.02.2024     500

 

Böyrək daşı adətən; sidiyin, sidik yollarına keçməzdən əvvəl toplandığı böyrəyin orta hissəsində meydana gəlir.

Sidik kalsium və sidik cövhəri kimi müəyyən maddələrin kristallaşması və bu kristalların zamanla birləşməsi nəticəsində daş yaranır. Kiçik daşlar hər hansı bir problemə səbəb olmadan bədəni tərk edir. Böyük daşlar isə sidik kisəsininə doğru irəliləyərkən sidik axarına zərər verə bilər. Əgər daş sidik axarını tutubsa o halda sidik axını zəyifləyər və belə hallarda ağrı meydana gələ bilər. Böyrək daşları daha çox, gənc və orta yaşlı insanlarda görülür. Kişilərdə qadınlara nisbətən daha sıxdır. İsti bölgələrdə yaşayan insanlarda da böyrək daşı əmələ gəlmə riski daha yüksəkdir. Böyrək daşı olan insanlarda böyrək daşının təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəblə, böyrək daşının səbəbini müəyyən edərək yenidən yaranmasını əngəlləməyə çalışılmalıdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az