"Karib dənizinin quldurları" filminin aktyoru həbs olundu



 20:02 20.02.2024     790

1976-cı ildə aktyorluq karyerasına başlayan və "Karib dənizinin quldurları" serialındakı "Coşami Gibbs" obrazı ilə tanınan Kevin MakNally həyatında təlatümlü bir dövr keçir.

Demedia.az xəbər verir ki, ailədaxili zorakılıq ittihamı ilə həbs edilən 67 yaşlı britaniyalı aktyor zaminə buraxılıb.

İlk dəfə 2003-cü ildə tamaşaçılarla görüşən "Karib dənizinin quldurları" serialında Kapitan Cek Sparrowun (Conni Depp) yaxın dostu Coşami Gibbsi canlandıran Kevin MakNallinin "Dr Who" serialından saatlar əvvəl saxlanıldığı məlum olub. Los-Ancelesdəki bir oteldə fan görüşü keçirilib.

67 yaşlı aktyor; Bildirilib ki, o, indiki və ya keçmiş həyat yoldaşı, birgə yaşadığı və ya övladının valideyni olan zərərçəkmiş şəxsə travmatik vəziyyət yaradacaq şəkildə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Kevin MakNally 40 min funt sterlinq (təxminən 1 milyon 550 min TL) girov qarşılığında sərbəst buraxılıb. BAFTA mükafatı laureatı şotlandiyalı aktrisa Phyllis Logan ərinin Londonun qərbindəki Çisvikdəki ailə evində həbs olunması barədə məlumatı təkzib edib.

Los-Anceles polisi məxfilik qaydalarına istinad edərək, iddia edilən qurbanın təfərrüatları haqqında məlumat paylaşmayıb. Pərəstişkarlarını şoka salan məşhur aktyorun gələn ay məhkəmə qarşısına çıxacağı öyrənilib.

Ötən cümə günü səhər saatlarında həbs edilən məşhur aktyorun ertəsi gün Los-Ancelesdə keçiriləcək “Dr Who” fanat toplantısına qatılacağı gözlənilirdi. Təşkilatçılar sosial mediada McNally-nin şəxsi səbəblərə görə tədbirdə iştirak etməyəcəyini açıqladılar.

McNally, 2021-ci ildə keçmiş həyat yoldaşı Amber Heard-a qarşı zorakılıqda günahlandırılan, lakin uzun müddət manşetlərdə qalan məhkəmə prosesindən sonra bəraət qazanan Conni Deppi dəstəkləyib. Britaniyalı aktyor keçmiş partnyoru haqqında "Mən onun heç vaxt qaranlıq tərəfini görmədim. Cekə baxanda gözəl bir insan görürəm. Düşünmürəm ki, onun qayıdıb Cek rolunu oynaması üçün heç bir maneə yoxdur".

Aysun / Demedia.az