Serdar Ortaç yenə içkili vəziyyətdə canlı yayım etdi: Köməkçisi dərhal...



 20:28 20.02.2024     740

Məşhur müğənni Serdar Ortaç yenə sərxoş halda sosial media hesabından canlı yayıma çıxıb.

Demedia.az xəbər verir ki, Ortaçın sözləri yenidən çox danışılarkən, izləyiciləri müğənnidən canlı yayımı söndürməsini istəyiblər. Müğənninin köməkçisi işə qarışaraq zorla telefonunu əlindən alıb və canlı yayımı söndürüb.

Serdar Ortaç son açıqlamaları və paylaşımları ilə maqazin dünyasında ən çox danışılan adlar sırasındadır. Ortaç bu yaxınlarda TikTok-da verdiyi açıqlamada keçmiş Survivor yarışmaçısı Çağla Taşdelenə ürəyini itirdiyini söylədi.

İkili birlikdə açdıqları canlı yayımda səmimi söhbətləri ilə diqqət çəkib. O, Serdar Ortaçla bağlı eşq iddialarına cavab verib və deyilənləri təkzib edib.

Serdar Ortaçın açıqlamasından sonra ikisi arasında sevgi söz-söhbətləri başlayıb. "Araması Kalmasın" verilişinin aparıcılarından Yelda Kırçuval Serdar Ortaça yaxınlaşaraq eşq iddialarını soruşub.

Aysun / Demedia.az