Maraqlı bir təsadüf Yerin orbitini dəyişmiş ola bilər?



 23:09 20.02.2024     767

Günəş sisteminə başqa bir ulduzun girməsi və onun cazibə qüvvələrini dəyişdirməsi fikri ən pis fəlakət filmindən daha qorxuludur.

Demedia.az xəbər verir ki, ancaq araşdırmalara görə, belə bir hadisə milyonlarla il əvvəl baş vermiş ola bilər. O qədər ki, hətta onun Yerin orbitini dəyişdiyi və iqlimə böyük təsir göstərdiyi düşünülür.

Təxminən 56 milyon il əvvəl, Palosen və Eosen dövrləri arasında Yerin temperaturu təxminən 8 °C yüksəldi. (E.N.: Məməlilərin geniş ərazilərə yayıldığı dövr adlandıra bilərik.) Lakin bu artımın səbəbi ilə bağlı dəqiq bir nəzəriyyə hazırlanmamışdır.

Planet alimləri Planet Elmləri İnstitutundan Nathan Kaib və Bordo Astrofizika Laboratoriyasından Sean Raymond bunun səbəbini izah etdiklərini düşünürlər. Onlar elan ediblər ki, öz simulyasiyalarında Günəş sistemindən keçən bir ulduzun planetlərin orbitlərini dəyişdiyi və Yeri öz orbitindən bir qədər kənara çıxardığı qənaətinə gəliblər.

Kaib deyir ki, erkən Yer iqlim anomaliyalarını öyrənməyin ən yaxşı yolu Yerin orbitinə baxmaqdır. Geoloji dəlillərə əsaslanaraq bilirik ki, Palosen-Eosen Termal Maksimum kimi tanınan dövrdə Yer 5-8 dərəcə istiləşib. O da məlumdur ki, Yer kürəsinin iqlimindəki bu dramatik dəyişikliklər Günəş ətrafındakı orbitlə bağlı ola bilər. Bununla belə, Günəş sisteminin zamanla orbitlərindəki dəyişməsini modelləşdirmək çox çətin bir işdir.

Kaib həmçinin qeyd edir ki, o zaman Yerin orbital ekssentrikliyi ilə bağlı irəli sürülən nəzəriyyələr var idi, lakin onların simulyasiyalarında əldə etdikləri nəticələr orbital davranışın daha geniş diapazonuna səbəb ola bilər.

Belə simulyasiyalarda elm adamları ümumiyyətlə qalaktikadakı başqa heç bir obyektin təsiri olmadan Günəş sistemini “geri sarıyaraq” Yerin hansı orbitdə olduğunu anlamağa çalışırlar. Kaib və Raymond simulyasiyasında xarici təsirlər nəzərə alınıb.

56 milyon il əvvəl Yerin orbitinin qeyri-müəyyənliyinə dair illüstrasiya. Buna HD 7977 kimi Günəşə bənzər ulduzun səbəb olduğu düşünülür.

Kainata baxdığımız zaman bir çox bölgənin boş olduğunu görərik, qalaktikadakı hər cisim hərəkət edir. Üstəlik, onların hamısının fərqli orbitləri, sürətləri və təcilləri var. Bəzi hallarda başqa bir ulduz Günəşin yaxınlığından keçə bilər. Bu, Günəş Sistemində hesablanması çətin olan qravitasiya təsirlərinə səbəb ola bilər.

Kaib və Raymond da bu ehtimalı nəzərdən keçirərək, 2,8 milyon il əvvəl, Günəşə bənzəyən HD7977 ulduzunun Günəş sistemindən keçdiyi məlum hadisəyə diqqət yetirdilər. Bu ulduz o qədər yaxından keçdi ki, hətta Günəş Sisteminin məlum sərhədi olan Oort Buludunun içərisində də səyahət etdi.

Simulyasiyalar nəticəsində tədqiqatçılar bu keçidin planetlərin Günəşlə qarşılıqlı təsirini də dəyişdiyini görüblər. HD 7977 yalnız bir ulduzdur, onun təyin olunmuş tranzitlərindən birini edir. Alimlər hesab edirlər ki, hər milyon ildən bir ulduz Günəşin 50 min astronomik vahidi (1 astronomik vahid = 150 milyon km) daxilindən keçir. Bu rəqəmin hər 20 milyon ildən bir 10 min astronomik vahid olacağı proqnozlaşdırılır.

İnsan sivilizasiyasının ömrü bu uzun dövrlərlə müqayisədə çox qısa görünsə də, potensial iqlim problemləri gələcək nəsillərə təsir etməkdə davam edir.

Aysun / Demedia.az