Qəfəsi yarıb insanları yeməyə çalışdı - Dəhşətli görüntülər



 23:48 20.02.2024     713

Meksikada turistlərə hücum edən köpək balığı insanları dişləmək istəyərkən qəfəsə ilişib.

Demedia.az xəbər verir ki, 25 dəqiqə davam edən dəhşətli görüntülər dünya mediasında böyük səs-küyə səbəb olub.

Fevralın əvvəlində dünya tarixinə düşə biləcək bir hadisə baş verdi.

ABŞ-da çıxan “New York Post” qəzeti köpək balıqları ilə bağlı yaydıqları daha bir xəbərlə dünya mediasında böyük səs-küyə səbəb oldu. Köpəkbalığı sualtı qəfəsdə köpək balığını qidalandırmaq istəyən turistlərə hücum edərək onu yemək əvəzinə qəfəsdəki insanları dişləməyə çalışıb. Dəhşət anlarının anbaan kameraya düşdüyü hadisənin davamı olaraq son günlərin ən maraqlı anları lentə alınıb. 

İçəridəki insanları yemək üçün var gücü ilə hücuma keçən köpək balığının başı qəfəsdəki boşluğa ilişib. 25 dəqiqə qaçmağa çalışan köpək balığı nəhayət boynundan qan axmağa başlayıb. Lakin balıq özünü xilas edə bilməyib, bir müddət sonra dönüb, boynunu sındıraraq həyatını itirib. Anbə an kameraya əks olunan görüntülərdə balığın cansız bədəninin okeanın dibinə doğru düşdüyü görülüb.

Aysun / Demedia.az