Eyfel qülləsi bağlandı - SƏBƏB



 09:05 21.02.2024     286

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi işçilərinin tətilə başlaması səbəbindən ziyarətçilərə bağlanıb.

Demedia.az xəbır verir ki, Eyfel qülləsinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə iki gündür tətil edirlər.

Parisdə turistlərin məşhur məkanı olan qüllə tətil səbəbindən ziyarətçilərə bağlanıb.

Qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.

Milli mətbuatda yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Bahadur Seyidov