ABŞ Rusiya üçün böyük sanksiya paketi hazırlayır
Ağ Ev fevralın 23-də Rusiyaya qarşı böyük sanksiyalar paketini elan edəcəyini açıqlayıb.
Demedia.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.
Bildirilib ki, buna səbəb Aleksey Navalnının ölümüdür.
Qeyd edək ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyünü elan edib.
Bahadur Seyidov