ABŞ Qəzzada fövqəladə atəşkəsə yenidən veto qoyub



 10:25 21.02.2024     286

ABŞ Qəzzada təcili humanitar atəşkəs tələb edən BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamə layihəsinə növbəti dəfə veto qoyub.

Demedia.az xəbər verir ki, Birləşmiş Krallıq 15 üzvdən ibarət BMT TŞ-də ABŞ-nin veto qoyduğu qətnamə layihəsinə səsvermədə “bitərəf” qaldığı halda, 13 ölkə “hə” səs verib.

Qeyd edək ki, Əlcəzairin təqdim etdiyi Qəzzada dərhal atəşkəs tələb edən, mülki şəxslərə qarşı edilən bütün hücumları pisləyən və məcburi köçkünlərə qarşı çıxan qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında səsə qoyulub.

Bahadur Seyidov