Süni intellektə bunu heç vaxt deməyin - XƏBƏRDARLIQ



 11:52 21.02.2024     320

Mütəxəssislərin fikrincə, süni intellekt proqramına heç vaxt deməməli olduğunuz şeylərin siyahısında sizin “əsl adınız” birinci yerdədir.

Demedia.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq ediblər ki, adınızı süni intellektə desəniz, sizə qarşı istifadə oluna bilər.

Bildirilir ki, süni intellektlə danışıqlara heç bir parol, pasport və ya bank kartı nömrələri, ünvanlar, telefon nömrələri, adlar və ya sizə, şirkətinizə və ya müştərilərinizə aid digər şəxsi məlumatlar daxil edilməməlidir.

Çünki süni intellektli söhbət proqramına göndərilən məlumat həmişə məxfi qalmaya bilər.

Bahadur Seyidov