Belçika məhkəməsi iş yerində hicab qadağasını qüvvədə saxlayıb



 11:15 21.02.2024     276

Belçika Əmək Məhkəməsi Brüssel Bələdiyyəsi tərəfindən işə götürülməyən qadın işçini iş yerində hicabını çıxarmaqdan imtina etdiyinə görə ədalətsiz hesab edib.

Demedia.az xəbər verir ki, məhkəmə  Avropa Ədalət Məhkəməsinin məhkəmə təcrübəsinə əsaslanaraq iş yerində dini və siyasi simvolların qadağan edilməsinin ayrı-seçkilik təşkil etmədiyi qərarını verib.

İşə müdaxilə edən Belçika Dünyəvi Fəaliyyət Mərkəzi qərarın bütün ölkə üzrə presedent yaradacağını bəyan edib.

Belçika nəşri Sudinfo-nun xəbərinə görə, Brüssel Bələdiyyəsinə iş üçün müraciət edən qadın işə götürülsə, hicabını çıxarmayacağını bildirib.

Bahadur Seyidov