ABŞ-dan Qəzza ilə bağlı açıqlama



 12:18 21.02.2024     344

ABŞ administrasiyasıQəzzada daimi atəşkəsdən danışmaq üçün hələ doğru zaman olmadığını bildirib.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi mətbuat konfransında Qəzza və Rəfahdakı vəziyyətlə bağlı açıqlamalar verib. Kirbi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən son səsvermədə ABŞ-ın Qəzzada daimi atəşkəs qanun layihəsini niyə rədd etdiyini açıqlayıb.

Kirbi, “Biz Qəzzada ümumi atəşkəsin, yəni davamlı atəşkəsin zamanının gəldiyinə inanmırıq. Bu Qəzzanın HƏMAS-ın nəzarətində qalmasını təmin edəcək” deyə bildirib.

Bahadur Seyidov