İsrail ordusu və Hizbullah qarşılıqlı hücumlar həyata keçirib



 12:53 21.02.2024     595

İsrail ordusu və Hizbullah hərəkatı Livanın cənubunda sərhəd bölgəsinə qarşılıqlı hücumlar həyata keçirib.

Demedia.az xəbər verir ki, Hizbullah İsrail qüvvələrini hədəf alan hücumlarla bağlı verdiyi açıqlamada sərhəddəki 6 hərbi mövqenin vurulduğunu açıqlayıb. Açıqlamaya görə, İsrailin Ramim hərbi mövqeyi Burkan raketləri ilə 3 dəfə, Ruveysat əl Alem, Smake və Merc mövqeləri isə idarə olunan raketlər və uyğun silahlarla hədəfə alınıb. İsrail ordusunun açıqlamasına görə, Livanın cənubundakı Hizbullah hədəflərinə təyyarələrlə hücum edilib.

Açıqlamaya görə, Hizbullahın Blida, Kefrkilla və Ayta əş-Şaab qəsəbəsindəki hədəfləri döyüş təyyarələri ilə bombalanıb.

Bahadur Seyidov