İsrailin Qəzzanın şimalına planlaşdırılan yardımın çoxuna icazə vermədiyi açıqlandı



 13:15 21.02.2024     997

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi İsrailin Qəzzanın şimalına bu il planlaşdırılan yardımın yarısından çoxuna icazə vermədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, agentliyin X sosial media hesabında İsrailin blokada altında olan Qəzzaya yardım fəaliyyətlərinə mane olması ilə bağlı paylaşım edilib.

Məlumata görə, bu ilin əvvəlindən İsrail Qəzzanın şimalına yardım çatdırmaq səylərinin 51 faizinə mane olub.

​Bahadur Seyidov