Fransa Yəməndən uçan iki PUA-nı zərərsizləşdirib
Fransa Müdafiə Nazirliyi Qırmızı dəniz və Ədən körfəzində 2 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.
Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Fransanın FREMM tipli dəniz freqatları Qırmızı dənizin cənubunda və Ədən körfəzində Yəməndən gələn pilotsuz təyyarələrin hücumunu müəyyən edib. Açıqlamada PUA-ların vurulduğu qeyd edilib.
Qeyd edək ki, Yəməndəki Husilər Fələstinə dəstək məqsədilə hərbi fəaliyyətini artırıb.
Bahadur Seyidov