Aybaşıdan necə gün sonra hamilə qalmaq olar? - Video
Follikulun partlaması ilə nəticəsində yümürtahüceyrənin oradan çıxması ovulyasiya adlanır.
Adətən ovulyasiya, növbəti aybaşı tsiklinin başlamasına 14 gün qalmış baş verir. Çox vaxt pasientlər hətta bəzi həkimlər ovulyasiya gününü düzgün hesablamırlar. Belə ki, onlar adətən keçən aybaşı başlayan gündən hesablayırlar. Daha düzgünü isə yuxarıda deyildiyi kimi növbəti aybaşının başlanmasından geriyə 14 gün saymaq lazımdır. Bunun səbəbi vardır. Çoxsaylı pasientlər üzərində aparılan tətqiqatlardan məlum olmuşdur ki, aybaşının ikinci yarısı daha stabildir nəinki birinci yarısı.
Mama-Ginekoloq Vüsalə Əzizova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Mama-ginekoloq Vüsalə Əzizova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az