İsrail, yaxın Şərqdə gərginliyi artırmaqda qərarlıdır.



 15:00 21.02.2024     196

Oktyabrın 7-dən bu yana Qəzzanı şiddətli bombardman edərək 30 minə yaxın fələstinlini qətlə yetirən İsrail, Yaxın Şərqdə gərginliyi artırmaqda qərarlıdır.

Demedia.az xəbər verir ki, Suriya dövlət mediası İsrailin çoxlu raketlərinin paytaxt Dəməşqin Kafr Susa bölgəsini vurduğunu açıqlayıb. İngiltərə xəbər agentliyi Reuters bu bölgənin müxtəlif təhlükəsizlik qurumlarına ev sahibliyi etdiyini açıqlayıb.Bölgənin 2023-cü ilin fevralında İsrailin hücumunda hədəfə alındığı və iranlı hərbi ekspertlərin həlak olduğu bildirilir. 19 fevral 2023-cü ildə baş verən hücumda 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Hücumda həyatını itirənlərin əksəriyyətinin mülki şəxslər olduğu o zaman açıqlanıb.

​Bahadur Seyidov