İTV-də "İstintaq davam edir"



 14:48 21.02.2024     273

İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan "İstintaq davam edir" layihəsi fevral ayının 23-dən yenidən efirdə olacaq. İTV-dən aldığımız məlumata görə, layihə "Ölüm karvanı" adlı sənədli filmlə davam edəcək. 

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları əhatə eləyən “İstintaq davam edir” adlı sənədli telelayihəsi 2019-cu ildən efirdədir.

Telelayihənin məqsədi vətəndaşlarımızı hüquq-mühafizə, prokurorluq və xüsusi xidmət orqanları əməkdaşlarının şərəfli, çətin fəaliyyəti ilə tanış etmək, hər kəsi qanunlara riayət etməyə çağırmaq, vətəndaşlarımızda Dövlətimizin əsaslarını qoruyan orqan əməkdaşlarına hörmət və kömək etmək məsuliyyəti aşılamaqdır. Layihənin müəllifi və aparıcısı telejurnalist İlham Tumasdır. 

AYSUN