Ronaldinyo Survivor-a gəlir



 16:30 21.02.2024     202

Acun Ilıcalı TV8-də yayımlanan Survivor All Starda yarışmaçıları həyəcanlandıran açıqlama verib. Ilıcalı əfsanəvi futbolçu Ronaldinyonun Survivorda qonaq olacağını açıqlayıb.


Demedia.az xəbər verir ki, Sercan Yıldırım və Ronaldinyo Survivor 2024 All Star-da keçiriləcək sərgi matçında iştirak edəcək. Acun Ilıcalı açıqlamasında "Ronaldinyoya dedim ki, "Survivor"a gəl, ayaq tennisi oynayaq. Sağ ol, etiraz etmədi. Sabah Dominikada bizimlə olacaq" dedi.
“Survivor”un 20 fevral buraxılışında dünya şöhrətli futbolçunun yarışmanın qonağı olacağı açıqlanıb. Epizodun treylerini görən izləyicilər sosial şəbəkədə Məsut Özilin qonaq olacağı iddialarını müzakirə ediblər. Sözügedən futbolçunun Ronaldinyo olduğu təsdiqlənib.