“Zibil maşını” peyki orbitə daxil olub



 21:03 21.02.2024     627

Bu günə qədər orbitə buraxılan onlarla peyk, bu buraxılışlarda istifadə edilən raketlərin müxtəlif hissələri və bir çox başqa obyektlər Yer kürəsinin ətrafında fırlanır.

Demedia.az xəbər verir ki, “Kosmik zibil” kimi təsvir edilən bu obyektlər nəinki lazımsız sıxlıq yaradır, həm də gələcək kosmik missiyalar üçün potensial təhlükələr yaradır. Astroscale tərəfindən kosmosa göndərilən ADRAS-J kosmik gəmisi gələcəkdə bu zibilləri təmizləmək cəhdidir.

Keçən bazar günü Yeni Zelandiyadan buraxılan peyk, Rocket Lab-ın Electron adlı raketi ilə kosmosa göndərilib. Yapon kosmik agentliyi JAXA tərəfindən Kommersiya Zibil Təmizləmə Nümayiş proqramının birinci mərhələsi olaraq seçilən missiyada ADRAS-J 2009-cu ildən orbitdə olan köhnə Yapon raketinin yuxarı hissəsi ilə görüşəcək.

Dünyanın aparıcı kosmik agentlikləri kosmos tullantıları probleminin həllini tapmağa çalışır. Bunun üçün potensial həllər istehsal etmək üçün özəl törəmə şirkətlərə sərmayə qoyurlar. Bu həllərin ən effektivi obyekti orbitindən çıxarmaq və ya daha aşağı səviyyəyə endirməkdir ki, o, Yer atmosferində yansın. ADRAS-J bu tip kosmik zibilləri hədəfə alacaq və bu obyektə təhlükəsiz yaxınlaşıb aşkar edəcək ilk kosmik gəmidir.

Növbəti bir neçə ay ərzində vasitə hədəfinə yaxınlaşacaq və raket qalıqlarının fotolarını çəkərək, onun “təmizlənə” biləcəyini yoxlayacaq.

Aysun / Demedia.az