Gecə dəhşətli olay: Bütün avtomobillərə bunu etdi...



 22:36 21.02.2024     653

Əskişəhərdə gecə saatlarında küçələrdən birində nəqliyyat vasitələrini qaşıyan və hər birinə orta hesabla 60 min lirə maddi ziyan vuran şəxs vətəndaşları zərərsizləşdirib.

Demedia.az xəbər verir ki, bu yaxınlarda gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən Təpəbaşı səmtinin Bahçelievlər məhəlləsində İstanbul küçəsində dayanan avtomobillər cızılıb.

Küçədəki bəzi təhlükəsizlik kameralarına düşən hadisədə kadra girən naməlum şəxsin əlindəki əşya ilə vasitələri qaşıdığı görünür. Onun yerişindən həmin şəxsin narkotikdən istifadə etdiyi və ya sərxoş olduğu ehtimal edilirdi. Küçədə 6 avtomobili qaşıyan şəxs hər avtomobilə təxminən 60 min lirə maddi ziyan vurub. Vəziyyətdən əziyyət çəkən vətəndaşlar arasında ikinci dəfə maşını cızılanların da olduğu öyrənilib. Sözügedən küçədə nəqliyyat vasitələrini park etməkdən qorxan vətəndaşlar vəziyyəti polis qruplarına bildirdiklərini desələr də, problemin həllini gözləyirlər.

Aysun / Demedia.az