Taksi sürücüsü ilə müştəri arasında mübahisə - VİDEO



 23:09 21.02.2024     412

Türkiyədə evlərinə qayıtmaq istəyən 3 nəfərlik ailə ilə onları aparmayan taksi sürücüləri arasında mübahisə düşüb.

Demedia.az xəbər verir ki, taksi sürücülərinin “səndən şikayət edəcəm” deyən şəxsi “Get kimə istəyirsən şikayət et” deyərək danladığı iddia edilib.

Hadisə 2 həftə əvvəl 15 iyul Demokratiya Avtovağzalında baş verib. İddiaya görə, qardaşı oğlunu həyat yoldaşı və 2 yaşlı uşağı ilə əsgərliyə yola salan Mövlud Polat daha sonra avtovağzaldakı taksi dayanacağına gələrək evə getmək üçün maşın istəyib. Dayanacaqda boş taksiləri gözləyən Polat növbənin hansı taksinin olduğunu öyrənmək istədi. Bunun üzərinə dayanacaqda olanlardan biri hara getdiklərini soruşdu. İddiaya görə, ailənin Qaziosmanpaşaya gedəcəyini öyrənən taksi sürücüləri dolu olduqlarını, əsgərlər getdiyi üçün sıxlıq olduğunu və bu səbəbdən gedə bilmədiklərini bildiriblər. Bu vəziyyətə əsəbiləşən Polatla taksi sürücüləri arasında mübahisə düşüb. Polat polis bölməsinə gedib şikayət edəcəyini deyəndə bütün taksi sürücüləri dayanacaqda gözləyən sərnişinləri götürərək cəld dayanacaqdan çıxıblar.

Aysun / Demedia.az