Fransa müxalifəti İsrailli oyunçulara sanksiya tətbiq edilməsini istəyiblər



 09:07 22.02.2024     270

Fransada müxalifətdən olan millət vəkilləri İsrailli  oyunçulara sanksiya tətbiq edilməsini  istəyiblər.

Demedia.az xəbər verir ki, millət vəkilləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu il ölkələrinin ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiadasında İsrailə qarşı sanksiyalar tətbiq etməsini və oyunlarda iştirak edəcək israillilərin “neytral idmançı” statusuna malik olmasını tələb ediblər.

Onlar bildiriblər ki, Rusiya və Belarusa qarşı tətbiq edilən eyni sanksiyaların İsrailə də tətbiq olunmaladır.

Bahadur Seyidov