Türkiyənin məşhur məkanı zəlzələyə görə bağlanır
Türkiyənin məşhur Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağlı olacaq.
Demedia.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Qeyd edilib ki, qüllənin 8-ci mərtəbəsi 2023-cü ilin noyabr ayında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilərə bağlanıb.
Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb və dünən yerinə qoyulub. Georadar tədqiqatları binanın əsas divarlarında və döşəməsində aparılıb.
Bahadur Seyidov