Türkiyə ilə bu ölkə arasında 55 milyon dollarlıq müqavilə
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında 55 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.
Demedia.az xəbər verir ki, kreditin məqsədi təxminən 55 min kvadratmetr sahəsi olan 5 dövlət məktəbinin bərpasını nəzərdə tutur.
İstanbulda keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və Biznes Forumunda imzalanan müqavilə çərçivəsində alınacaq kreditlə təxminən 55 min kvadratmetr sahəsi olan 5 dövlət məktəbi bərpa olunacaq.
Layihənin məqsədi müəyyən edilmiş məktəbləri zəlzələlər nəticəsində baş verə biləcək zərərlərdən qorumaqdır.
Bahadur Seyidov