Süni intellekt artıq insan beyninə baxaraq cinsi müəyyən edir



 11:41 22.02.2024     285

Son zamanlar gündəmə gələn süni intellekt texnologiyalarının beyin taramalarında cinsiyyəti müəyyən edə bildiyi üzə çıxıb.

Demedia.az xarici KİV-ə istinadən  xəbər verir ki, süni intellekt mütəxəssisləri beyin skanları əsasında cinsiyyəti müəyyən etməyə başlayıblar. Bu təsbitlərin yüzdə 90 uğurlu nəticə verdiyi bildirilsə də, bu nisbət kifayət qədər yüksək hesab edilir. Bu o deməkdir ki, süni intellekt texnologiyaları sayəsində biz insan təbiəti ilə bağlı bir çox suallara cavab tapa biləcəyik.

Uzun illərdir ki, kişi və qadınların beyinlərindəki struktur fərqləri ilə bağlı araşdırmalar aparılır. Bu texnologiyaların cinsiyyətə xas psixoloji və fizioloji problemləri aşkarlaya biləcəyi də iddia edilir.

Bahadur Seyidov