Valideynlərə məsləhət verən yutuber həbs edildi
ABŞ-də 42 yaşlı yutuber qidalanmadan əziyyət çəkən oğlu yemək axtarmaq üçün pəncərədən qaçdıqdan sonra həbs edilib.
Demedia.az xəbər verir ki, “YouTube kanalında valideynlik məsləhətləri verən qadın uşaqlara qarşı zorakılıq ittihamı ilə hər biri bir ildən 15 ilə qədər müddəti əhatə edən 4 maddə ilə ittiham edilib.
Frankenin qızlarından biri daha sonra analoji pis qidalanma vəziyyətində tapılıb.
Məhkəmədə uşağa 2-ci dərəcəli ağır zorakılıq ittihamını etiraf edən ana övladlarından üzr istəyib.
Qeyd edək ki, 42 yaşlı Ruby Frankinin "8 Sərnişin" adlı video kanalında 2,3 milyon izləyicisi olsa da, yutub artıq kanalı silib.
Bahadur Seyidov